“Azərenerji”dən prezident seçkiləri ilə bağlı qərar – Xüsusi rejim tətbiq olunacaq

“Azərenerji”dən prezident seçkiləri ilə bağlı qərar – Xüsusi rejim tətbiq olunacaq

Bu ilin I rübündə – yanvar, fevral və mart aylarında “Azərenerji” ASC-də fəaliyyət göstərən 186 nömrəli “Qaynar xətt” xidmətinə ümumilikdə 2247 zəng daxil olub.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı OilGas.az-a bildirib ki, təkcə Novruz bayramı ilə əlaqədar olan qeyri-iş günlərində, 20-26 mart tarixlərində “Qaynar xətt” xidməti üzrə ümumilikdə 208 zəng qeydə alınıb. Paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından zəng edən müxtəlif kateqoriyalı qrupların müraciətlərinin əksəriyyəti, yəni, 99 faizidən çoxu “Azərenerji” ASC-nin vəzifə və funksiyalarından kənar olan məsələlərlə əlaqədar olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində enerji sisteminin dayanqılığı və fasiləsizliyi ilə bağlı xüsusi rejim tətbiq edilib və əlavə tədbirlər görülüb: “Baş verə biləcək hər hansısa bir problemin aradan qaldırılması üçün operativ qəza xidmətləri hazır vəziyyətə gətirilib”.

31 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ