“Azərenerji”dən Novruz bayramıyla bağlı qərar

“Azərenerji”dən Novruz bayramıyla bağlı qərar

“Azərenerji” ASC Novruz bayramı günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görüb və müvafiq qrafik rejimi tətbiq edib.

Bunu OilGas.az-a açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

“Səhmdar cəmiyyətinin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcək. Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sistemin etibarlılığı diqqət mərkəzində saxlanılır. Ümumi günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir. Məlumdur ki, son dövrlər mövcud infrastrukturun yenidənqurulması, innovativ texnologiyaların tətbiq edilməsi ilə enerji sistemin etibarlılığı daha da artırılıb və situasiyalara davamlılıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücü mövcuddur”, – deyə o, əlavə edib.

42 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ