“Azərenerji”də əməyin mühafizəsinə dair müsabiqə-baxış keçirilib

“Azərenerji”də əməyin mühafizəsinə dair müsabiqə-baxış keçirilib

“Azərenerji” ASC rəhbərliyinin müvafiq əmrinə əsasən, ötən ilin aprel ayından başlayaraq dekabr ayının sonunadək bütün energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, müsabiqə-baxışda Enerji İstehsalı İdarəsindən 8, Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən 5, enerjisistemin digər strukturlarından isə 2 müəssisə iştirak edib. Səhmdar Cəmiyyətin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidməti il ərzində yerlərdə baxış keçirərək həmin müəssisələrin baxış-müsabiqənin tələblərini qaydalara uyğun yerinə yetirmələrini yoxlayıb. Müsabiqənin yekunlarına dair məlumatlar qaliblərin müəyyən edilməsi üçün bu ilin mart ayında müvafiq komissiyaya təqdim edilib.

Komissiya bu il mayın 22-də Səhmdar Cəmiyyətin müəssisələrində 2017-ci il ərzində Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair müsabiqə-baxışa yekun vurub. Komissiya müəssisələr tərəfindən təqdim olunmuş sənədləri, məlumat və arayışları təhlil edərək müsabiqə-baxışın Əsasnaməsi çərçivəsində iştirakçılar tərəfindən görülən işləri qiymətləndirib.

Müsabiqə-baxışın yekunu haqqında çıxarılan yekdil qərara əsasən, enerjiistehsal müəssisələrindən“Azərbaycan” İES 1-ci, “Sumqayıt” ES və “Şəki” ES isə 2-ci yerə layiq görülüb. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən 1-ci yeri “Sumqayıt” YGEŞ, 2-ci yeri “Şirvan” REŞ və “Gəncə” REŞ tutub. Sahə xidmət müəssisələrindən isə “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC 1-ci yerə layiq görülüb.

85 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ