“Azərenerji” yeni elektrik stansiyası tikəcək

“Azərenerji” yeni elektrik stansiyası tikəcək

“Azərenerji” ASC Abşeron rayonu Qobu qəsəbəsində yeni elektrik stansiyası tikməyə hazırlaşır.

Oilgas.az xəbər verir ki, qurum hazırda 385 MVt gücündə olacaq “Qobu” Elektrik Stansiyasının layihələndirilməsi üçün məsləhətçi axtarır.

Bu məqsədlə “Azərnenerji” tender keçirir və avqustun 27-dək məsləhətçini seçəcək. Seçimlərin nəticəsi isə avqustun 28-də elan ediləcək.

Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqı ödəməlidirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Azərenerji” ASC-yə Prezidentin Ehtiyat Fondundan “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kilovoltluq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə 10 mln. manat ayrılıb.

62 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ