“Azərenerji” tərəfindən 1, 908 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib – Fevralda

“Azərenerji” tərəfindən 1, 908 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib – Fevralda

2017-ci ilin fevral ayında ölkə enerjisi sistemində 1, 937 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən OilGas.az-a bildirilib ki, ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1, 908 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.

Qeyd edək ki, ötən ilin fevral ayı üzrə ölkə enerji sistemində elektrik enerjisi istehsalı 1, 905, “Azərenerji” ASC-də isə 1,876 milyard kilovat-saat olub.

OilGas.az

450 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ