“Azərenerji” enerji istehsalını azaldıb

“Azərenerji” enerji istehsalını azaldıb

“Azərenerji” ASC avqust ayında da enerji istehsalı, ötürməsi və idarə olunması sahəsindəki vəzifəsini təhlükəsiz şəraitdə effektiv şəkildə yerinə yetirib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, bu ilin avqust ayında “Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,009 mlrd. kVt/saat olub. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 2,9% azdır.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Qeyd edək ki, ötən ilin avqust ayında bu rəqəm 2,069 mlrd. kVt/saat təşkil edib.

OilGas.az

 

486 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ