“Azərenerji” enerji istehsalını 6%-ə qədər azaldıb

“Azərenerji” enerji istehsalını 6%-ə qədər azaldıb

Bu ilin sentyabr ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,6 mlrd. kVt/saat təşkil edib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 5,88% azdır.

Müqayisə üçün qeyd edək ki, 2017-cı ilin sentyabr ayında bu rəqəm 1,7 mlrd. kVt/saat olub.

Bu ilin müvafiq dövrü ərzində ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Bununla yanaşı, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdən keçirilir və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər görülür.

1659 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ