“Azərenerji” elektrik enerjisi istehsalını azaldıb

“Azərenerji” elektrik enerjisi istehsalını azaldıb

“Azərenerji” ASC tərəfindən 2018-ci ilin mart ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,954 milyard kilovat/saat olub.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal edilən elektrik enerjisinin həcmi 10 kilovat/saat və ya 0,51% azalıb.

“Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Eyni zamanda, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi – Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb”, – deyə məlumatda vurğulanıb.

189 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ