“Azərenerji”: Bakıda elektrik enerjisinin verilişi 100%, regionlarda 80% bərpa olunub

“Azərenerji”: Bakıda elektrik enerjisinin verilişi 100%, regionlarda 80% bərpa olunub

“Elektrik enerjisinin təchizatı ilə bağlı görülən işlər operativ şəkildə davam etdirilir”.

OilGas.az xəbər verir ki, bunu “APA-Economics”ə açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir. “Yaxın müddət ərzində regionlarda elektrik enerjisinin bərpasını 100 faizə çatdıracağıq,” – deyə Yəhya Babanlı bildirib.

44 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ