“Azərenerji” “Azərişıq”ın məlumatını təkzib etdi

“Azərenerji” “Azərişıq”ın məlumatını təkzib etdi

“Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında təmir işlərinin aparılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

OilGas.Az xəbər verir ki, bunu “Report”a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

“Əgər hər hansı təmir işləri aparılsa, bu barədə ictimaiyyəti məlumatlandıracağıq”, – o deyib.

Xatırladaq ki, “Azərişıq” bu gün ”Azərenerji”yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında təmir işlərinin aparılacağı və bu səbəbdən də bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacağı ilə bağlı məlumat yaymışdı.

OilGas.Az

112 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ