Azərbaycanlı oliqarxın fantastik qazancı – 24 saata 1 milyard dollar

Azərbaycanlı oliqarxın fantastik qazancı – 24 saata 1 milyard dollar

Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun var-dövləti bir gün ərzində 900 milyon dollar artıb.

OilGas.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Buna azərbaycanlı milyarderin sahib olduğu neft şirkətinin səhmlərinin kəskin bahalaşması səbəb olub. Belə ki, yanvarın 12-də “Lukoil”in səhmlərinin qiyməti tarixi maksimal həddə çatıb. Cümə günü Moskva birjasında keçirilən hərrac zamanı şirkətin 1 səhminin dəyəri 3942 rubla çatıb. Beləliklə, səhmlərin qiymətində artım 6,03%-ə bərabər olub.

Qeyd edək ki, şirkət səhmlərinin qiymətində kəskin artım “Lukoil” Direktorlar Şurasının iclasından sonra baş verib. İclasda şirkətin 2017-ci ildəki fəaliyyətinin ilkin yekunu hazırlanıb.

OilGas.az

277 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ