Azərbaycanlı milyarderlərin pul davası böyüyür – Ələkbərov şirkətini satışa çıxardı

Azərbaycanlı milyarderlərin pul davası böyüyür – Ələkbərov  şirkətini satışa çıxardı

“Palmali” şirkətlər qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimov Rusiyanın 10 ən önəmli şirkəti arasında yer alan “LUKoil”in İsveçrədə yerləşən törəməsi “Litasco”nu ikinci dəfə məhkəmə verməyə hazırlaşır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən azərbaycanlı iş adamı Mənsimov “LUKoil”in 2 milyard dollarlıq təzminatdan qorxduğunu və “Litasco”nu satışa çıxardığını qeyd edib. Onun sözlərinə görə, birjaya açıq olduğuna görə bu, saxtakarlıqdır.

Mənsimov “Palmali və “Litasco”nun 2005-ci il yanvarın 18-də “10+5” illik razılaşma çərçivəsində şirkətdən toplam 400 milyon dollarlıq gəmi satın aldığını, lakin şirkətin razılaşma şərtlərini pozduğunu dilə gətirib. İş adamı bu səbəbdən “Palmali”nin 4 milyard dollar zərər etdiyini vurğulayıb.

İş adamı İngiltərədə yerləşən Ali Mülki Məhkəmədə cinayət işi açıldığını qeyd edib. Onun sözlərinə görə, bu məhkəmə bir cinayət işi açılmadan əvvəl ən azı 8 aylıq müddəti araşdırır və ortada qanun pozuntusu olduğu halda cinayət işi açılmasına icazə verir.

Mənsimov müddəti 2020-ci il yanvarın 18-də bitəcək razılaşma çərçivəsində “Litasco”nun hər ay 400 və 700 tonluq neft və neft məhsullarıyla Qara dəniz və Xəzər dənizinin istifadə hüququnu verməsi qarşılığında “Palmali”yə 110 milyon dollara 10 ədəd 6 min tonluq çay tankeri, 64 milyon dollara 3 ədəd 33 min tonluq gəmi və 265 milyon dollara 10 ədəd buz gəmisi satdığını bildirib:

“4 milyard dollarlıq zərərimiz var. Razılaşmaya əsasən, bütün zərəri qarşılamalıdırlar. 2010-cu ildə “LUKoil” ilə Xəzər dənizində daşınma üçün imzaladığımız “10+10” illik ikinci razılaşmanı təktərəfli bitirdilər. Bunun üçün də “LUKoil”i ikinci dəfə məhkəməyə verməyə hazırlaşırıq. “LUKoil”in tələm-tələsik “Litasco”nu satışa çıxarması bizi maraqlandırmır. Borcumuzun ödənilməsi prosesini təqib edəcəyik. Əks təqdirdə, bu prosesi qazandıqdan sonar əmlakın müsadirə edilməsi üçün yeni bir məhkəmə işinə balayacağıq. Vəkillər ən geci 3-4 ay sonra bizimlə eyni masa arxasında oturmağa məcbur qalacaqlarını deyirlər. Çünki itirdikləri gözlədiklərindən daha çox olacaq. Bu məhkəmə işini uduzacaqlar. Buradan gələn pulu Türkiyədə gəmi və turizm sektoruna yatırmağı düşünürük”.

Qeyd edək ki, “LUKoil” şirkətinin prezidenti azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.

OilGas.az

273 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ