Azərbaycanlı milyarderin şirkəti tenderdə qalib gəldi

Azərbaycanlı milyarderin şirkəti tenderdə qalib gəldi

Ötən gün Meksikada keçirilən neft yataqlarının işlənməsi üzrə tenderdə Rusiyanın “LUKoyl” şirkətinin törəməsi “LUKOIL International Upstream Holding” qalib gəlib.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şirkətin Meksikadakı nümayəndəliyinin rəhbəri Pavel Suprunov məlumat verib. Onun sözlərinə görə, “LUKoyl” tərəfindən investisiyanın həcmi 50 milyon dollardan çox olacaq.

Meksika körfəzində hərraca çıxarılan 15 neft blokundan birinin işlənməsi üzrə qalib gələn “LUKoyl” 75% həcmində royalti payı təklif edib. Blok Kuenkas-del-Sureste neft əyalətində yerləşir, ərazisi 521 kvadrat kilometrdir.

Suprunov bildirib ki, müqavilənin imzalanması üçün 90 gün vaxt var. Çərşənbə axşamından etibarən şirkət Meksika dövlət qurumları ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, “Lukoyl” Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova məxsusdur.

OilGas.az

 

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ