Azərbaycanlı milyarderə pul mükafatı verildi – Neftçilər günü ilə bağlı

Azərbaycanlı milyarderə pul mükafatı verildi – Neftçilər günü ilə bağlı

“LUKoyl” neft-qaz şirkətinin Direktorlar Şurası şirkətin prezidenti, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova pul mükafatı verəcək.

OilGas.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Mükafat neft, qaz və yanacaq sənayəsi işçilərinin günü ilə əlaqədar nəzərdə tutulub.

Şirkət mükafatın məbləğini açıqlamayıb. Lakin azərbaycanlı milyarderin bu vəsaiti xeyriyyə məqsədilə istifadə edəcəyi qeyd olunub.

Şirkət prezidenti üçün mükafat ödənişi Rusiya Federasiyasının qanunvericiliyinə və şirkətin 2016-cı ildə qəbul etdiyi rəhbər işçilərin əməyinin stimullaşdırılması haqqında əsasnamayə uyğun müəyyən olunub.

OilGas.az

 

377 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ