Azərbaycanlı milyarderdən ilginc açıqlama: “Neftin qiyməti çox yüksəkdir”

Azərbaycanlı milyarderdən ilginc açıqlama: “Neftin qiyməti çox yüksəkdir”

“Neftin bir barelinin dəyərinin 80 dollar olması bazar üçün yüksək qiymətdir”

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

“Hər kəsin neft qüiymətiylə bağlı öz anlayışı var. Bir barel 80 dollara – bu artıq yüksək qiymətdir”, -deyə o qeyd edib.

Azərbaycanlı milyarderin sözlərinə görə, indiki nefgt qiymətləri hasilatın azaldılmasına dair OPEC+ sazişinin hazırki parametrlərinin dəyişdirilməsi üçün siqnaldır.

Xatırladaq ki, 2016-cı ilin sonlarında OPEC və kartelə daxil olmayan bir qrup neft istehsalçısı olan ölkə neft hasilatının azaldılmasına dair saziş imzalayıb. Saziş ilk olaraq 2017-ci ilin birinci yarımilliyi üçün nəzərdə tutulsa da, sonradan müddəti 2018-ci ilin sonuna qədər uzadılıb.

222 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ