Azərbaycanlı milyarder İtaliyadakı zavodunu satır

Azərbaycanlı milyarder İtaliyadakı zavodunu satır

““LUKoil” Siciliyadakı ISAB neft emalı kompleksini satın almaq barədə təklifləri nəzərdən keçirə bilər”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın “LUKoil” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov deyib. Onun sözlərinə görə, şirkət üçün Rusiya xaricindəki layihələr prioritet təşkil etmir:

“Əgər bizə yaxşı qiymət təklif olunsa, əlbəttə, biz bu aktivləri satacağıq. Lakin bu gün üçün Qərbi Avropa neft emalı yüksək gəlirlilik nümayiş etdirir. Zavodun təkmilləşməsi və optimallaşdırılmasında böyük işlər həyata keçirmişik. Bu gün isə o gəlir gətirir”.

Vahid Ələhbərov qeyd edib ki, ISAB kompleksini əldə etmək istəyənlər var. Fars körfəzi ölkələrindən investorlar da aktivləri satın almaqda maraqlıdırlar. Lakin hələ ki dəqiq alıcı seçilməyib.

OilGas.az

244 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ