Azərbaycanla İran neft-qaz alış-verişini Tehran birjasında aparacaq

Azərbaycanla İran neft-qaz alış-verişini Tehran birjasında aparacaq

Azərbaycanla İran elektrik enerjisi, neft və təbii qazın alış-verişini cənub qonşumuzun birjası üzərindən həyata keçirə bilər.

OilGas.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Şapur Məhəmmədi deyib.

Ş. Məhəmmədi vurğulayıb ki, bununla bağlı İran Azərbaycanla anlaşma memorandumu imzalamaq niyyətindədir.

“Biz bu sahədə əməkdaşlıq edə bilərik. Ona görə ki, hər iki ölkə üçün enerji daşıyıcılarının qiyməti çox önəmlidir. Bu sahədə əməkdaşlıq çox faydalı olacaq. Biz anlaşma memorandumunun imzalanmasının tərəfdarıyıq. Bu anlaşma memorandumu ilə iki ölkə arasında elektrik enerjisi, neft və təbii qazın alış-verişi enerji birjasında baş tutacaq. Hazırda Tehranda enerji birjası fəaliyyət göstərir və biz bu birja vasitəsilə Azərbaycan tərəfi ilə əməkdaşlıq etməyə hazırıq”.

OilGas.az

450 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ