Azərbaycanın neft-qaz yataqlarından hasilatın həcmi açıqlandı

Azərbaycanın neft-qaz yataqlarından hasilatın həcmi açıqlandı

Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub.

Oilgas.az-ın məlumatına görə, bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

O bildirib ki, dəniz yataqlarından, həmçinin 713 milyard kubmetr qaz hasil olunub:

“Eyni zamanda qurudakı yataqlardan 0,979 milyard ton neft və 139 milyard kubmetr qaz hasil edilib”.

Vitse-prezident qeyd edib ki, hazırda dənizdə 28 neft-qaz yatağı kəşf edilib:

“Onlardan 19-u işlənmə mərhələsindədir. Quruda isə 53 yataq kəşf edilib”.

39 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ