Azərbaycanın enerji missiyası Ukraynaya gedib

Azərbaycanın enerji missiyası Ukraynaya gedib

Azərbaycanın enerji məsələləri üzrə nümayəndə heyəti bu gün Kiyevə (Ukrayna) yola düşüb. Sabah missiya Ukraynada keçiriləcək Azərbaycan-Ukrayna işçi qrupunun iclasında iştirak edəcək.
Bu barədə Report.az-a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Energy Ukraine”, “Azərenerji” ASC, “Azərişıq”ASC və Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələrinin yer aldığı nümayəndə heyətinə Azərbaycan energetika nazirinin müavini Natiq Abbasov rəhbərlik edir.
Məlumata görə, iclasda neft-qaz, enerji təchizatı və bərpa olunan enerji sahəsindəki əməkdaşlıq məsələləri müzakirə ediləcək. Sonda isə protokol imzalanacaq.
Qeyd edək ki, rəsmi Bakı və Kiyev arasında “Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında” memorandum və “Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər haqqında” saziş qüvvədədir.

Oilgas.az

465 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ