Azərbaycandan elektrik enerjisinin ixracı 5 dəfədən çox artıb

Azərbaycandan elektrik enerjisinin ixracı 5 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 398 milyon 840 min kilovat/saat elektrik enerjisi ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) OilGas.az-a verilən məlumata görə, sözügedən dövrdə ixrac olunan elektrik enerjisinin dəyəri 20 milyon 290 min ABŞ dolları təşkil edib.

Ötən ilin ilk 2 ayında isə ölkədən 74 milyon 816 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri 3 milyon 437 min dollar olub.

235 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ