Azərbaycanda benzin bahalaşdı – Bu dəfə “super” yüksəldi

Azərbaycanda benzin bahalaşdı – Bu dəfə “super” yüksəldi

Azərbaycanda “A-98 Super” markalı benzinin qiyməti bahalaşıb.

OilGas.az xəbər verir ki, “A-98 Super” benzinin qiymətində 10 qəpik bahalaşma olub. Beləliklə, bu markalı benzinin qiyməti  1,3 manat dəyərində qərarlaşıb.

Tarif Şurasından saytımıza verilən məlumata görə, “A-98 Super” benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Xatırladaq ki, Tarif Şurasının iyulun 14-də keçirilmiş iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. İclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Qeyd edək ki, “Aİ-92” markalı benzin bahalaşdıqdan sonra OilGas.az-a açıqlama verən iqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti, keçmiş millət vəkili Nazim Bəydəmirli qiymətlər arasındakı 10-15% fərqi qorumaq üçün digər markalı benzinlərində də qiymətində artım ola biləcəyini demişdi.

OilGas.az

341 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ