“Azərbaycanda qazlaşdırma 92 faizə çatıb”

“Azərbaycanda qazlaşdırma 92 faizə çatıb”

“Azərbaycanda qazlaşdırma 92 faizə çatıb”.
OilGas.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

“Xatırlayıram, Prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi. O vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi. Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik. Qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir. Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq”, -deyə prezident qeyd edib.

OilGas.az

194 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ