Azərbaycanda qazla təmin olunan abonentlərin sayı – 2 067 256

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı – 2 067 256

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 63 420 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İB-dən OilGas.az-a verilən məlumata görə, bunun 30 908-i Bakı, Abşeron və Sumqayıt, 32 512-si isə regionlar üzrədir.

Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 067 256-ya çatıb.

Oktyabrın 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 447 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

OilGas.az

218 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ