Azərbaycanda orta aylıq əmək haqqı 4%-ə yaxın artıb

Azərbaycanda orta aylıq əmək haqqı 4%-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artıb.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, orta aylıq nominal əməkhaqqı 542,3 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 3142,7 manat, qeyri-neft sektorunda 483,0 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 696,7 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

103 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ