Azərbaycanda Neftçilər Günüdür

Azərbaycanda Neftçilər Günüdür

Bu gün – 20 sentyabr Azərbaycanda neftçilər günü qeyd olunur.

OilGas.az xəbər verir ki, neftçilər günü – Azərbaycanda, neft-qaz sənayesində çalışan mütəxəssislər, mühəndislər, fəhlələr, geoloqlar və bu sahənin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin əməyinin qiymətləndirilməsi ilə bağlı peşə bayramıdır.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər geniş müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqları, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilənin imzalanması ilə bağlıdır.

OilGas kollektivi olaraq neft-qaz sahəsində əməyi, əziyyəti olan hər kəsi təbrik edirik!

OilGas.az

328 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ