Azərbaycanda neft və qaz hasilatı azaldı – Statistika

Azərbaycanda neft və qaz hasilatı azaldı – Statistika

2017-ci ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8 faiz artıb, neft sektorunda isə 7,5 faiz azalıb.

Sənaye məhsulunun 70,5 faizi mədənçıxarma sektorunda, 23,8 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,7 faiz, içkilərin istehsalı 39,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6 faiz, tikinti materiallarının istehsalı 44,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5 faiz, mebel istehsalı 47,9 faiz artıb, tütün məmulatlarının istehsalı 49,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4 faiz, kağız və karton istehsalı 2,8 faiz, poliqrafiya məhsullarının istehsalı 60,7 faiz, hazır metal məmulatlarının istehsalı 29,5 faiz, maşın və avadanlıqların istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2 faiz azalıb.

OilGas.az

1183 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ