Azərbaycanda neft və qaz hasilatı artdı – RƏSMİ

Azərbaycanda neft və qaz hasilatı artdı – RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26 milyard manat olub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən istehsalın ümumi dəyəri 0,2 faiz artıb.

Sahənin əsas məhsulu olan xam neftin hasilatı 29,0 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 13,8 milyard kubmetr təşkil etmişdir. Neft hasilatı 0,7 faiz, qaz hasilatı isə 2,4 faiz artıb.

234 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ