Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanda neft hasilatı azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan qaz kondensatı daxil olmaqla 25 572,7 min ton xam neft hasil edib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 25 538,5 min tonu əmtəəlik xam neft olub.

Hesabat dövründə ölkədə 18 769,1 mln. kubmetr təbii qaz hasil olunub ki, onun da 12 059,4 mln. kubmetri əmtəəlik qaz olub.

Neft hasilatı 9,3%, əmtəəlik qaz hasilatı isə 4,1% azalıb.

OilGas.az

272 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ