Azərbaycanda neft hasilatı artıb

Azərbaycanda neft hasilatı artıb

SOCAR üzrə neft hasilatı artıb.

OilGas.az quruma istinadən xəbər verir ki, cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6 faiz artaraq 1,9 mln. tona yüksəlib. Altı ay ərzində isə SOCAR üzrə 3,7 mln. ton neft hasil olunub.

Ölkə üzrə cari ilin birinci yarısında ümumilikdə 19,38 mln. ton neft hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2 faiz artım deməkdir.

34 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ