Azərbaycanda neft hasilatı 29 min barrel azalıb

Azərbaycanda neft hasilatı 29 min barrel azalıb

Avqust ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 29 min barrel azalaraq 749 min barrel olub. Bunun 686 min barrelini xam neft, 63 min barrelini kondensat təşkil edib.

Bu barədə Oilgas.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gündəlik 501 min barrel xam neft, 59 min barrel kondensat, 4,5 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar – avqust aylarında orta gündəlik neft hasilatı 769 min barrel təşkil edib.

Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

60 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ