Azərbaycanda manatla pul bazası artıb – 15%

Azərbaycanda manatla pul bazası artıb – 15%

Bu ilin sentyabrın 30-na Azərbaycanda manatla pul bazası 10 217,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 59,7 mln. manat və ya 0,6% artıb.

Oilgas.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, manatla pul bazası cari ilin əvvəli ilə müqayisədə 671,6 mln. manat və ya 7% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 345,8 mln. manat və ya 15,2% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

20 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ