Azərbaycanda külək və günəş enerjisi istehsalı azaldı – Rəsmi rəqəmlər

Azərbaycanda külək və günəş enerjisi istehsalı azaldı – Rəsmi rəqəmlər

Bu ilin yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 954 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 4 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,5% artaraq 147,6 milyon manat təşkil edib.

Elektrik enerjisi istehsalı 1,2 artaraq 11 338,3 mln. kVt/saat təşkil edib. Ondan 10 918,3 kVt/saatı əmtəəlik olub.

Hesabat dövründə su elektrik stansiyalarının istehsalı 6,7% azalaraq 986,1 mln. kVt/saat təşkil edib.

İstilik elektrik stansiyalarının istehsalı 9 905,1 mln. kVt/saat, şərti termik elektriki istehsalı 1,0 mln. kVt/saata bərabər olub.

Bu ilin ilk 4 ayında ölkədə küləklə işləyən stansiyaların istehsalı 15% azalaraq 6,8 mln. kVt/saat təşkil edib. Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 9,4% azalaraq 19,3 mln. kVt/saata bərabər olub.

26 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ