Azərbaycanda külək enerjisi istehsalı artdı – Rəsmi

Azərbaycanda külək enerjisi istehsalı artdı – Rəsmi

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 6 122,8 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, beləliklə ölkədə enerji istehsalı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,5% azalıb. İstehsal olunan elektrik enerjisinin 5 894,1 mln. kVt/saatı əmtəəlik olub.

İlk 3 ayda su elektrik stansiyalarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% azalaraq 338,9 mln. kVt/saat təşkil edib.

Yanvar-mart aylarında istilik elektrik stansiyalarının istehsalı 0,8% azalaraq 5541,3 mln. kVt/saata bərabər olub.

Ölkədə küləklə işləyən stansiyaların istehsalında artım müşahidə olunub. Belə ki, cari ilin yanvar-mart aylarında küləklə işləyən stansiyaların istehsalı 3,3% artaraq 6,2 mln. kVt/saat təşkil edib.

Sözügedən dövrdə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 29,7% azalaraq 7,7 mln. kVt/saata bərabər olub.

195 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ