Azərbaycanda külək enerjisi istehsalı 3 dəfədən çox artıb – RƏSMİ

Azərbaycanda külək enerjisi istehsalı 3 dəfədən çox artıb – RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 422,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 5,9 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,2% artaraq 233,6 milyon manat təşkil edib.

Elektrik enerjisi istehsalı 1,3 artaraq 17 194,3 mln. kVt/saat təşkil edib. Ondan 16 535,3 kVt/saatı əmtəəlik olub.

Hesabat dövründə su elektrik stansiyalarının istehsalı 0,4% azalaraq 1 422,3 mln. kVt/saat təşkil edib.

İstilik elektrik stansiyalarının istehsalı 15 048,4 mln. kVt/saat, şərti termik elektriki istehsalı 1,0 mln. kVt/saata bərabər olub.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə küləklə işləyən stansiyaların istehsalı 3,3 dəfə artaraq 31,9 mln. kVt/saat təşkil edib. Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 2,8% azalaraq 31,7 mln. kVt/saata bərabər olub.

278 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ