Azərbaycanda kimya sənayesi istehsalı 1,6% artıb

Azərbaycanda kimya sənayesi istehsalı 1,6% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 243,1 milyon manatlıq məhsul istehsal edilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 1,6% artıb, əczaçılıq məhsullarının istehsalında 22,0%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 33,1% azalıb.

Əsas kimya məhsullarından yod istehsalı 6,4% azalıb, oksigen istehsalı 2,1 dəfə, azot istehsalı 14,4%, propilen istehsalı 12,5%, lak-boya məmulatlarının istehsalı 9,0%, etilen istehsalı 7,1% artıb. Rezin və plastik kütlə məmulatlarından bərk polipropilen boruların istehsalı 6,6 dəfə, butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatların istehsalı 86,4%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 49,6% artıb.

516 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ