Azərbaycanda iş adamları üçün “nəfəslik” – Vergilər kreditlə ödəniləcək

Azərbaycanda iş adamları üçün “nəfəslik” – Vergilər kreditlə ödəniləcək

Azərbaycanda vergilərin ödənilməsi ilə bağlı maraqlı yenilik gözlənilir.

OilGas.az FED.az-a istinadən xəbər verir ki, ilk dəfə olaraq ölkədə vergi krediti sisteminin tətbiqi gözlənilir. Bu Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərə əsasən, ölkədə vergi krediti sisteminin tətbiqi, sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəyənlərin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər sentyabr ayınadək həyata keçməlidir.

Xatırladaq ki, vergi krediti – verginin yığılması üçün vergi ödəyicisinə verilən möhlətdir və vergi güzəştlərinin bir növü sayılır. Adətən bu sistem məşğulluğa dəstək vermək və investisiyaları stimullaşdırmaq üçün tətbiq edilir.

121 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ