Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb

Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb

Bu ilin yanvar-aprel aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 672,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1,9 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,7% azalaraq 95,0 milyon manat təşkil edib.

Elektrik enerjisi istehsalı 2% azalaraq 7 850,3 mln. kVt/saat təşkil edib. Ondan 7 557,4 kVt/saatı əmtəəlik olub.

Hesabat dövründə su elektrik stansiyalarının istehsalı 9,4% azalaraq 517,1 mln. kVt/saat təşkil edib.

İstilik elektrik stansiyalarının istehsalı 7 023,0 mln. kVt/saat, şərti termik elektriki istehsalı 0,6 mln. kVt/saata bərabər olub.

Bu ilin ilk 4 ayında ölkədə küləklə işləyən stansiyaların istehsalı 15,6% azalaraq 5,4 mln. kVt/saat təşkil edib. Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 18,7% azalaraq 11,3 mln. kVt/saata bərabər olub.

980 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ