Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Azərbaycanda günəş enerjisi istehsalı 73% artıb – RƏSMİ
Bu ilin yanvar ayında Azərbaycanda 2 176,1 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar ayında ölkədə su elektrik stansiyalarının istehsalı 108,3 milyon kilovat/saat təşkil edib. Beləliklə ölkədə su elektrik stansiyalarının istehsalı 6,6% azalıb.
Bu ilin yanvar ayında Azərbaycanda istilik elektrik stansiyalarının istehsalı 1,8% aşağı düşüb və 1 977,4 milyon kilovat/saata bərabər olub.
Ölkədə külək və günəş enerjisi istehsalında ciddi artım müşahidə olunub. Belə ki, cari ilin yanvar ayında küləklə işləyən stansiyaların istehsalı 7,1% yüksələrək 1,5 milyon kilovat/saata çatıb. Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 72,7% yüksəlib. Beləliklə, yanvar ayında ölkədə 1,9 milyon kilovat/saat günəş enerjisi istehsal olunub.
MÜZAKİRƏ