Azərbaycanda ən sərfəli kredit harada verilir? – FAİZLƏR

Azərbaycanda ən sərfəli kredit harada verilir? – FAİZLƏR

Azərbaycan Mərkəzi Bankı regionlar üzrə kredit qoyuluşlarını açıqlayıb.

OilGas.az FED.az-a istinadən xəbər verir ki, ölkə üzrə 12,2 milyard manatlıq kredit portfelinin 10 milyard 13,2 milyon manatı və ya 82,2% Bakı şəhərinə aiddir. Əgər bura Abşeron iqtisadi rayonu da əlavə etsək, öokə üzrə verilən kreditlərin 86,2%-i Abşeron yarımadasının payına düşür.

Qalan bütün bölgələrə kreditlərin cəmi 13,8%-i verilib. Ümumilikdə regionlar üzrə götürdükdə ən az kredit 362 min manatla Kəlbəcər-Laçın iqtisadi rayonuna verilib. İşğal olunmuş əraziləri nəzərə almasaq, ən az kredit Dağlıq Şirvan regionuna verilib – cəmi 67 milyon manat. Bu da iqtisadi aktivliyin aşağı olmasında irəli gəlir.

İqtisadi regionlar üzrə Bakı şəhərini çıxdıqda ən çox kredit verən digər ərazi 532 milyon manat və ya 4,4% ilə Aran iqtisadi rayonunun payına düşür.

Hesabatda regionlar üzrə verlən kreditlərin orta faiz dərəcəsini də göstərilib.
Belə ki, ümumi ölkə üzrə verlən kreditlərin orta faiz dərəcəsi 11,9% təşkil edib.
Orta faiz dərəcəsi ən yüksək Yuxarı Qarabağ iqtisadi rayonunda qeydə alınıb – illik 24,8%. Ən az faiz dərəcəsi isə Naxçıvandadır – illik 8,9%.

İqtisadi rayonlar üzrə kredit göstəriciləri və orta faiz dərəcəsi aşağdakı cədvəldə göstərlib.

Bölgələr Kreditin həcmi (milyon manat) Orta faiz dərəcəsi
Bakı şəhəri 10 013,2 10,3 %
Aran 532,3 23,0 %
Abşeron 483,7 16,0 %
Gəncə-Qazax 457,4 19,3 %
Lənkəran 191,3 22,2 %
Quba-Xaçmaz 148,9 20,9 %
Şəki-Zaqatala 128,2 22,1 %
Naxçıvan 103,8 8,9 %
Dağlıq Şirvan 67,1 21,6 %
Yuxarı Qarabağ 44,2 24,8 %
Kəlbəcər-Laçın 362,1 min AZN 16,1 %
340 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ