Azərbaycanda ən mürəkkəb layihələri həyata keçirə bilərik – “Qazprombank”

Azərbaycanda ən mürəkkəb layihələri həyata keçirə bilərik – “Qazprombank”

“Qazmprombank” ilə SOCAR arasında müştərək əlaqələr illər ərzində yaradılıb”.

OilGas.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu “Qazprombank”a daxil olan sənaye müəssisələrinin biznes missiyasının keçirdiyi konfransda bankın birinci vitse-prezidenti Aleksandr Kaznaçeyev deyib.

O, Azərbaycanda həyata keçirilən “SOCAR Polymer” layihəsinə sərmayə yatırdıqlarını xatırladıb: “Bu layihə unikallığı ilə seçilir. Biz yüksək sıxlıqlı polietilen və etilen istehsalının qurulması prosesində iştirak edirik. Bundan başqa, “SOCAR GPC” layihəsində də iştirak edirik. SOCAR bu layihədə bizi maliyyə məsləhətçisi kimi seçib. Azərbaycanda yüksək texnologiyaya üstünlük verildiyindən və peşəkar kadrlar olduğuna görə, biz burada ən mürəkkəb layihələri həyata keçirə bilərik”.

OilGas.az

452 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ