Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları – AÇIQLANDI
Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları açıqlanıb.
OilGas.az Mərkəzi Bankın elektron xidmətlər portalına istinadən xəbər verir ki, ölkədə daha çox 5 manatlıq əsginaslar saxtalaşdırılır – 32 faiz.
Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əsginaslar tutur.
100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq – 7 faiz, 50 manatlıq əsginasların payına isə 6 faizi düşür.
Bu yaxınlarda buraxılmış 200 manatlıq əsginasların saxtalaşdırılması hallarına rast gəlinməyib.
MÜZAKİRƏ