Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Azərbaycanda ən az işıq yandıran rayonlar – SİYAHI
İqtisadçı ekspert Rövşən Ağayev qaz və elektrik istehlakı ilə əlaqədar ilk dəfə açıqlanan statistikaya diqqət çəkib.
OilGas.az-ın məlumatına görə, iqtisadçı Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu, maraqlı, həm də ilk dəfə ictimaiyyət üçün açıqlanan statistikadır:
“Rəsmi məlumata görə, 2017-ci ildə ölkə üzrə elektrik enerjisi istehlakının 50%-i, təbii qaz istehlakının 42%-i Bakı, Sumqayıt və Abşeronun payına düşüb.
Təbii qazın 25%-i, elektrik 30%-i əhali tərəfindən istehlak edilib.
Ölkə üzrə təbii qaz istehlakının adambaşına illik həcmi ən az olan 5 rayon:
1. Yardımlı – 46 kubmetr
2. Lerik – 65 kubmetr
3. Daşkəsən – 128 kubmetr
4. Gədəbəy – 177 kubmetr
5. Qobustan – 209 kubmetr
Elektrik enerisinin istehlakının adambaşına illik həcmi ən az olan 5 rayon:
1. Lerik – 265 kv.saat
2. Yardımlı – 322 kv.saat
3. Daşkəsən – 597 kv.saat
4. Ağsu – 591 kv.saat
5. Balakən – 613 kv.saat”
MÜZAKİRƏ