Azərbaycanda əmtəəlik qaz hasilatı azalıb – Statistika

Azərbaycanda əmtəəlik qaz hasilatı azalıb – Statistika

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4 faiz, neft sektorunda isə 0,4 faiz artıb.

Sənaye məhsulunun 75 faizi mədənçıxarma sektorunda, 20 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,5 faiz artıb, əmtəəlik qaz hasilatı isə 9,4 faiz azalıb.

Emal sektorunda tütün məmulatlarının istehsalı 3,4 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 65,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 1 faiz, poliqrafiya məhsullarının istehsalı 38 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 40 faiz, hazır metal məmulatlarının istehsalı 67 faiz, elektrik avadanlıqlarının istehsalı 43,4 faiz, mebel istehsalı 34,7 faiz artıb, qida məhsullarının istehsalı 6,7 faiz, içkilərin istehsalı 19 faiz, geyim istehsalı 48,3 faiz, kağız və karton istehsalı 3,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 44,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 10 faiz, kompüter və elektron məhsulların istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 72,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 21,8 faiz azalıb.

29 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ