Azərbaycanda əmtəəlik qaz hasilatı artdı – Rəsmi

Azərbaycanda əmtəəlik qaz hasilatı artdı – Rəsmi

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 445,6 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neftin 12 413,8 min tonunu əmtəəlik neft təşkil edib.

Xam neft hasilatı ötən ilin müvafiq dövründən 3% az olub.

Bildirilib ki, neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən azalıb.

Qeyd edək ki, “Mərkəzi Azəri” platformasında illik plana uyğun olaraq, aprelin 15-dən hasilat 15 gün müddətinə dayandırılmışdı.

Hesabat dövründə ölkədə 11 637,5 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 25,4% çoxdur.

Hasil olunan təbii qazın 8 041,9 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 43,5% artıqdır.

177 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ