Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Bu ilin noyabr ayında “Azərenerji” ASC istehlakçıları tələbatlarına uyğun olaraq, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, cari ilin noyabr ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,730 milyard kilovat-saat olub.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayında bu rəqəm 2,023 milyard kilovat-saat təşkil edib.

“Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlər davam etdirilib” –deyə məlumatda qeyd olunub.

OilGas.az

1016 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ