Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ay ərzində 176,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0,2 faizlik azalma müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,2 faiz azalaraq 21,6 milyon manat təşkil edib.

Cari ilin yanvar ayında Azərbaycanda 2176,1 milyon kVT-saat elektrik enerjisi istehsal olunub. Onun da 2089,1 milyonu əmtəəlik elektrik enerjisi istehsalının payına düşüb.

Beləliklə, bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 0,6% azalıb.

186 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ