Azərbaycanda dizelin istehsalı 20 faiz azalıb

Azərbaycanda dizelin istehsalı 20 faiz azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2469,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumata görə, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,0 faiz azalıb.

Neft məhsullarından ağ neftin istehsalı 6,9 faiz, yanacaq mazutunun istehsalı 42,6 faiz, dizel yanacağının istehsalı 20,0 faiz azalıb.

Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

OilGas.az

62 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ