Azərbaycanda dizelin istehsalı azalıb – 18,5%

Azərbaycanda dizelin istehsalı azalıb – 18,5%

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 748,9 mln. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9% azalıb.

Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 5,9%, yanacaq mazutunun istehsalı 39,5%, dizel yanacağının istehsalı 18,5% azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

OilGas.az

300 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ