Azərbaycanda dizel istehsalı artdı

Azərbaycanda dizel istehsalı artdı

Yanvar-mart aylarında Azərbaycanda neft və neft-kimya məhsullarının ixracı 413 min ton təşkil edib.

SOCAR-dan OilGas.az-a verilən məlumata görə, əvvəlki ilin analoji göstəricisinə nisbətən neft və neft-kimya məhsullarının ixracı cüzi dəyişib:

“Bu da əsasən dizel yanacağına ölkədaxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır”.

Bunun müqabilində kimya sənayesinin məhsullarının ixrac həcmi artıb: 2018-ci ilin yanvar-mart aylarında yüksək təzyiqli polietilenin istehsalı 3% artıb, məhsulun ixrac həcmi isə təqribən 11% yüksəlib. Həmçinin butilen butadien fraksiyasının istehsalı 11% artaraq, həmin məhsulun ixracının 12% yüksəlməsinə səbəb olub.

66 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ