Azərbaycanda daha bir külək elektrik stansiyası hazır vəziyyətə gətirilib

Azərbaycanda daha bir külək elektrik stansiyası hazır vəziyyətə gətirilib

“Yaxın günlərdə tamamlanan günəş elektrik stansiyalarının şəbəkəyə qoşulması həyata keçiriləcək”.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov deyib.

A.Bədəlovun sözlərinə görə, “Yeni Yaşma” külək elektrik stansiyası da hazır vəziyyətdədir:

“Gücü 50 MVt olan “Yeni Yaşma” külək elektrik stansiyası 1 000 saatdan artıq test rejimində işləyib və bu gün ümumi şəbəkəyə qoşulmağa hazırdır. Bu gün-sabah ümumi şəbəkəyə qoşulacaq”.

Agentliyin sədri Pirallahı layihəsinin texniki-iqtisadi əsaslandırmasının da tamamlanmaq üzrə olduğunu qeyd edib:

“Hazırda Çin şirkətləri ilə gücü 200 MVt olan bu layihənin texniki-iqtisadi əsaslandırmasını tamamlamaq üzrəyik. Ümid edirik ki, bu stansiya ildə 1 mlrd. kVt/saata qədər enerji istehsal edəcək ki, bu da 250 mln. kubmetr qaza qənaət deməkdir. Bu, qaz ixracını artırmağa və atmosferə atılan qazın həcmini azaltmağa imkan verəcək”.

OilGas.az

494 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ